aze | eng
 
Hərbi sahədə məlumatların əldə edilməsində ortaya çıxan problemlər müzakirə olunacaq PDF Print E-mail
Thursday, 04 March 2010

Hərbi sahədə məlumatların əldə edilməsində ortaya çıxan problemlər ANS telekanalında müzakirə olunacaq

Martın 6-da saat 22.00-da ANS TV-də yayımlanacaq "Şənbə gecəsi Sevil Nuriyeva ilə" adlı tok-şouda "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin və "Hərbi Jurnalistlər" İctimai Birliyinin birgə keçirdiyi "Hərbi sahədə informasiya əldə etmək mədəniyyətinin inkişafı" layihəsi çərçivəsində "Ordu ilə bağlı məlumatlar cəmiyyətə açıqlanmalıdır" mövzusu müzakirə ediləcək.

Qeyd edək ki, layihə Açıq Cəmiyyət İnstitutu - Yardım Fondu tərəfindən maliyyələşdirilir.

Tanınmış jurnalist Sevil Nuriyevanın təqdimatında keçiriləcək verilişdə Azərbaycanda hərbi sahədə informasiya əldə edilməsində ortaya çıxan problemlər, dünya təcrübəsi müzakirə ediləcək, təkliflər səsləndiriləcək. Xüsusilə də NATO standartlarına keçidi qarşısına məqsəd qoymuş Azərbaycan ordusunun informasiya siyasətinin hazırkı durumuna toxunulacaq.

Verilişdə "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinli, "Hərbi Jurnalistlər" İctimai Birliyinin sədri Üzeyir Cəfərov, "Ehtiyatda və İstefada olan Zabitlər" İctimai Birliyinin sədri Yaşar Cəfərli iştirak edəcəklər.

 
©2008 Open Society Institute - Assistance Foundation. All rights reserved.
This site is best viewed with a resolution of 800x600 (or higher) and supports Microsoft Internet Explorer 6.0+ or Firefox 2.0+