aze | eng
 
Regional NGOs development competition (AZ) PDF Print E-mail
Wednesday, 16 September 2009
Əyalət tərəfdaşlığı və vətəndaş cəmiyyəti quruculuğu programin elanı


Açıq Cəmiyyət İnstitutu - Yardım Fondu Azərbaycan bölgələrində fəaliyyət göstərən  qeyri-hökumət təşkilatlarını, resurs mərkəzlərini, digər vətəndaş cəmiyyətinin müstəqil qurumlarını 2009-cu il əyalət tərəfdaşlığı və bölgələrdə vətəndaş cəmiyyətinin inkişafı proqramı daxilində qrant müsabiqəsində iştirak etmək üçün ərizələrini təqdim etməyə dəvət edir.
Ərizəşi təşkilat son illərdə Azərbaycan bölgələrində göstərdiyi fəaliyyət, onun hədəf qruplara praktiki təsiri və əhəmiyyəti, statistik göstəriciləri, nailiyətlər və uğursuzluqları özündə əks etdirən qisa təsviri təqdim etməlidir.
Müsabiqənin vəzifələrinə bölgə təşkilatlarının institusional inkişafı, ictimai siyasətə təsir etmək üzrə bilik və bacarıqların əldə edilməsi, birgə səmərəli iş aparmaq qabiliyəti və digər potensial imkanların inkişafı daxildir.
Hazırki müsabiqə məqsədiləri bunlardır - ictimayəti məlumatlandırma və monitorinq aparma sahəsində QHT üzvlərinin bacarıqlarının inkişafı, məlumat bazalarına çıxış və onlardan istifadə etmə, ictimai maraqların qorunması sahəsində bilik və bacarıqların inkişafı, paytaxt və beynəlxalq təşkilatlarla əlaqələrin gücləndirilməsi, yerli və mərkəzi hakimiyət orqanları ilə işgüzar əlaqələrin qurulması, resursların səmərəli idarə edilməsi və digər bacarıqların inkişafıdır.

Müsabiqədə iştirak edəcək tərəflər ictimai fəallığını aşağıdakı sahələrə yönəldə bilərlər:

-    Regionların inkişafı üzrə müxtəlif dövlət proqramlarının monitorinqi;
-    Regionlara yönəlmiş ictimai vəsaitlərin xərclənməsinin səmərəliyi;
-    Regionlarda dövlət idarəçiliyi və yerli özünüidarə islahatlarının vəziyəti;
-    Regionlarda insan haqlarının təminatı ilə bağlı vəziyyət;
-    Regionların inkişafı ilə bağlı digər vacib sahələrin tətqiqi.

Müsabiqə siyasi fəaliyyəti, ayrı-ayrı fərdlərə maddi yardımı, elmi-tədqiqat proqramlarını və təhsil üçün təqaüdləri dəstəkləmir.

Ayrılacaq hər bir qrantın məbləği 12.000 ABŞ dollarına qədər, müsabiqənin ümumi fondu - 70.000 ABŞ dollarıdır.

Ərizələr 2009-cu il sentyabrın 23-dən oktyabrın 23 saat 15:00 qədər təqdim edilə bilər. Nəticələr 20 noyabr 2009-cu il tarixinə qədər fondun rəsmi İnternet saytında www.osi.az  elan ediləcəkdir: layihənin qeydiyyat nömrəsini daxil etməklə siz layihəniz barədə məlumat əldə edə biləcəkslniz. Müsabiqədə iştirakınıza görə əvvəlcədən təşəkkürümüzü bildiririk.

Müsabiqəyə həsr olunacaq məlumat sessiyası 2009-cu il oktyabrın 19 saat 17:00-da Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunda təyin edilib.
    
Qeyd: Layihələr Azərbaycan dilində təqdim edilməli və qeydiyyatdan keçməlidirlər. Müsabiqə ilə bağlı suallarınızı  Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunda vətəndaş cəmiyyəti proqramına akademik H. Əliyev küç. 117A, Bakı, AZ1110, Tel: (994 12) 564-34-65, Faks: (994 12) 564-34-66, E-mail: This e-mail address is being protected from spam bots, you need JavaScript enabled to view it ünvandıra bilərsiniz.
 
©2008 Open Society Institute - Assistance Foundation. All rights reserved.
This site is best viewed with a resolution of 800x600 (or higher) and supports Microsoft Internet Explorer 6.0+ or Firefox 2.0+