aze | eng
 
International Advocacy Program’s individual grants competition (AZ) PDF Print E-mail
Wednesday, 16 September 2009
Qrant müsabiqəsi

Açiq Cəmiyyət İnstitutu – Yardım Fondu yerli qeyri – hökumət təşkilatlarını və vətəndaş cəmiyyətinin fərdi təmsilçilərini 2009-cu il beynəlxalq vəkillik proqramı daxilində müsabiqədə iştirak etməyə dəvət edir.

Müsabiqədə iştirak edəcək təşkilat və vətəndaş cəmiyyətinin təmsilçiləri son illərdə ictimai fəallıq və ictimai maraqların qorunması sahəsində göstərdiyi fəaliyyət, onun praktiki təsiri və cəmiyyətdə əhəmiyyəti, statistik göstəricilər, beynəlxalq səviyyədə tanınması, nailiyyətlər və uğurları barədə  məlumatı təqdim etməlidirlər.

Müsabiqənin məqsədi – Azərbaycanın vətəndaş cəmiyyəti fəallarının, fərdi tətqiqatçıların və ayrı – ayrı qrup təmsilçilərinin beynəlxalq tədbirlərdə iştirakının təmin edilməsidir. Burada çox geniş dairəni əhatə edən mövzu və təmsilçilik, azərbaycan dövlətinin öhdəçiliklərinin icra vəziyyəti, beynəlxalq aləmə inteqrasiya prosesləri və başqa sahələr hədəf predmeti kimi göstərilə bilər.

Gözlənilir ki, müsabiqədə qalib gələn 8 – 10 nəfərin ezamiyyət xərclərinin ödənilməsi şərtilə 2009-cu ilin sonunda gözlənilən beynəlxalq tədbirlərdə və beynəlxalq qurumlarda vətəndaş cəmiyyəti fəallarının və müstəqil ekspertlərin iştirakçı qismində iştirakının təmin edilməsi azərbaycan vətəndaş cəmiyyətinin maraqları təmsil ediləcək və beləliklə ictimai maraqların qorunması üçün yeni müsbət imkanlar əldə еdiləcəklər.

Hazırki müsabiqədə iştirak etmək arzusunda olanlar ACİ-YF-na rəsmi müraciət formasını təqdim etməli və orada təklif olunan fəaliyyətlərini aşağıdakı tələblərin nəzərə alınması şərti ilə təsvir etməlidirlər:
-    ərizəçinin beynəlxalq təşkilatların tədbirində iştirakına şərait yaradan sənədin (dəvət məktubu, gündəlikdə məruzəsi daxil olması) təqdim edilməsi;
-    ərizəçinin ixtisas sahəsində təcrübəsini və nailiyyətlərini təstiq edən göstıricilər, məsələn əvvəlki və cari hesabatlar, monitorinqlərin nəticələri, beynəlxalq və regional şəbəkələrdə təmsil olunma və digərləri;
-    səfər zamanı ərizəçinin aydın və ardıcıl qurulmuş görüşlər planı  (arzu ediləndir ki, görüşlərin təstiqi dəqiqləşdirilsin);
-    səfərdən qayıtdıqdan sonrakı dövrdə ölkədaxili tədbirlərin aydın və ardıcıl planı (dəyirmi masalar, mətbuat konfransları, mətbuatda çıxışlar və digərləri).

Ərizələr 2009-cu il oktyabrın 20-si saat 15:00 qədər Açiq Cəmiyyət İnstitutu – Yardım Fondunun qeydiyyat şöbəsinə təqdim edilə bilər. Nəticələr 2009-cu il 6 noyabr tarixinə qədər fondun rəsmi İnternet saytında www.osi.az  elan ediləcəkdir: ərizənin qeydiyyat nömrəsini daxil etməklə siz müraciətiniz barədə məlumat əldə edə biləcəkslniz. Müsabiqədə iştirakınıza görə əvvəlcədən təşəkkürümüzü bildiririk.
 
    Müsabiqə ilə bağlı məlumatı proqram əlaqələndiricisi Fuad Süleymanovdan əldə edə bilərsiniz. Tel: 564 3465 (+312), faks: 564 3466, е-mail: This e-mail address is being protected from spam bots, you need JavaScript enabled to view it
 
©2008 Open Society Institute - Assistance Foundation. All rights reserved.
This site is best viewed with a resolution of 800x600 (or higher) and supports Microsoft Internet Explorer 6.0+ or Firefox 2.0+